“Neftçi”nin transfer keçmişinə baxın, inanmıram ki…”

Rumıniyalı menecer Florian Vulturar “Neftçi”nin “Styaua”nın futbolçusu Siyabonqo Nqezana ilə maraqlanmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, agent “ağ-qaralar”ın oyunçu üçün 7 milyon avro ödəmək gücündə olmadığını deyib:

“Yayılan xəbərlər hamısı şayiədir. Bunların hardan çıxdığını bilmirəm. Çox yalan gördüm, amma beləsini yox. “Neftçi”nin transfer keçmişinə baxın, inanmıram ki, kimin üçünsə 1 milyon avrodan çox pul ödəsinlər. Məlumatlar yalandır”.

Siyabonqonun “Styaua” ilə müqaviləsi 2027-ci ilin yayına kimidir. Onun “transfermarkt”da dəyəri 1,60 milyon avrodur.