“Neftçi”nin şikayəti qismən təmin edildi

AFFA Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda “Neftçi”nin futbolçusu Ervin Koffinin 2 oyunluq cəzalanması ilə bağlı şikayəti qismət təmin edilib.

Qərarda bunlar qeyd edilib:

1. Şikayətçi “Neftçi” Peşəkar Futbol Klubunun apellyasiya şikayəti qismən təmin edilsin.

2. 11 avqust 2024-cü il tarixdə Misli Premyer Liqasının II turunun “Səbail” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” klubunun 99 nömrəli futbolçusu Ervin Koffi azarkeşlərə kənar əşya atdığına görə futbolçunun 2 oyun cəzalanması, “Neftçi” klubunun 2000 manat cərimə edilməsi (AFFA İntizam Məcəlləsinin 40.4-cü maddəsi) barədə AFFA İntizam Komitəsinin 15 avqust 2024-cü il tarixli qərarı “oyun cəzası” sanksiyası hissəsində dəyişdirilsin. 3. Futbolçu Ervin Koffi barəsində tətbiq olunan 2 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni 1 oyunluq cəza şərti tətbiq edilsin. 4. Futbolçu Ervin Koffi üçün şərti cəzanın çəkilməsinə görə 3 (üç) ay sınaq müddəti təyin edilsin. 5. AFFA İntizam Komitəsinin 15 avqust 2024-cü il tarixli qərarı “cərimə sanksiyası” hissəsində qüvvədə saxlanılsın. 6. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. 7. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin. 8. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.

KoffiAzərbaycan Premyer Liqasının 2-ci turunun “Səbail” – “Neftçi” oyunu (1:1) bitdikdən sonra azarkeşlərə kənar əşya atdığına görə 2 oyun cəzalanmışdı.