“Neftçi”nin sabiq futbolçusu “Araz-Naxçıvan”da

Heyətini gücləndirməyə çalışan “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi yerli azarkeşlərə də yaxşı tanış olan Sezar Meza Kolli ilə anlaşıb. Azad agent statusuna malik 33 yaşlı futbolçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

Paraqvaylı mərkəz yarımmüdafiəçi peşəkar karyerasında müxtəlif illərdə  İtaliyanın “Çesena” və “Pavia”, İspaniyanın “Alaves”, ölkəmizdə “İnter” / “Keşlə” / “Şamaxı”, “Neftçi” və “Zirə” klublarının heyətində çıxış edib.