“Neftçi”nin qələbə həsrəti bitəcək?

“Neftçi” Azərbaycan Premyer Liqasının X turunda bu gün “Səbail”i qəbul edəcək. “Neftçi Arena”da baş tutacaq görüşə saat 18:00-da start veriləcək.

“Ağ-qaralar” tarixinin ən pis dönəmini keçirir. 9 turdan sonra aktivində qələbə olmayan “Neftçi” yeni baş məşqçisi Samir Abasovla ilk matçda üç xal arzusundadır. Meydan amili də paytaxt təmsilçisinin üstünlüklərindəndir.

Çempionatın ortababı “Səbail” də yaxşı mövsüm keçirmir. 9 turda cəmi 2 qələbə qazanan “dənizçilər” “Neftçi” önündə xal əldə etməyi hədəfləyib.

Komandalar arasında baş tutan son 5 oyunun 3-də “Neftçi” qələbə qazanıb. İki görüş isə eyni hesabla – 1:1-lə başa çatıb. Ümumiyyətlə, “Səbail” sonuncu dəfə “Neftçi”yə 2019-cu ildə qalib gəlib. Bugünkü görüşün də favoriti “ağ-qaralar”dır.

Kamil Əhməd