Azərbaycan Premyer Liqasında XX turun oyunlarını izləyən azarkeş sayı məlum olub.
Futbolpress.az xəbər verir ki, ən yüksək göstərici dünən baş tutan “Qarabağ” – “Turan Tovuz” oyununda qeydə alınıb. Qonaqların qələbəsiylə bitən matçı tribunadan 1200 tamaşaçı izləyib.
Ən aşağı göstərici isə “Neftçi”nin “Araz-Naxçıvan”la görüşündə olub. “Liv Bona Dea Arena”da keçirilən qarşılaşmada tribunalarda 400 tamaşaçı yer alıb.
Turun 5 oyununun 4-də tamaşaçı sayı 1000-i keçib, yalnız “Neftçi”nin “Araz-Naxçıvan”la duelində sayı ikiqat aşağı olub.
Premyer Liqada XX turun oyunlarını izləyən azarkeş sayı:
Şamaxı – Zirə 1:2 (1100 tamaşaçı)
Səbail – Kəpəz 1:0 (1050 tamaşaçı)
Sabah – Sumqayıt 0:0 (1001 tamaşaçı)
Araz-Naxçıvan – Neftçi 2:1 (400 tamaşaçı)
Qarabağ – Turan Tovuz 1:2 (1200 tamaşaçı)