“Neftçi” rəsmi mağazası bu gün onlayn fəaliyyətə başlayıb.
Futbolpres.az xəbər verir ki, rəsmi mağaza azarkeşlərə sevimli komandalarına və klub tarixinə olan bağlılıqlarını ifadə etmələri üçün geniş məhsul çeşidi təqdim edir.
Burada “Neftçi”ninyeni mövsüm formaları, outlet kolleksiyası satışdadır. Yaxın vaxtlarda aksesuarlar, hədiyyəlik məhsullar və daha çoxunu tapmaq mümkün olacaq. Azarkeşlərimiz üçün xüsusi dizaynlar, yüksək keyfiyyətli məhsullar və klubun rəngləri ilə bəzədilmiş bir çox şeyi “Neftçi” rəsmi mağazasında əldə edə bilərsiniz.