“Neftçi”nin legioneri üzr istədi

“Neftçi”nin müdafiəçisi Yuri Matias instaqram hesabında paylaşım edib.

Futbolpress.az xəbər verir ki, braziliyalı müdafiəçi “ağ-qaralar”ın çıxışı haqda bunları yazıb:

“Daha bir mövsüm sona çatdı! Təəssüf ki, biz Avropa Liqasına vəsiqə qazana bilmədik və buna görə bütün azarkeşlərdən üzr istəyirəm! Allaha şükürlər olsun ki, daha bir mövsüm zədəsiz keçdi! Başımı dik tutaraq irəliləyirəm və həmişə daha çox, daha yaxşısını etmək axtarışındayam!”.

“Neftçi” Premyer Liqanı beşinci sırada bitirib və avrokuboklardan kənar qalıb.