“Komanda şəklində hazırlıqlarımız davam edir. Hər şey qaydasındadır”.
Bu sözləri “Neftçi”nin futbolçusu İsmayıl Zülfüqarlı “FutbolPress“ə açıqlamasında bildirdi. Cinah oyunçusu yeni baş məşqçi Roman Qriqorçukun onlardan tələblərini söylədi:
“Həm fiziki, həm də taktiki cəhətdən yaxşı olmağımızı istəyir. Onun tələblərini yerinə yetirsək, planlarını icra etsək, uğurlu mövsüm keçirə bilərik”.
Zülfüqarlı rəqabətdən çəkinmədiyini söylədi:
“Komandada hamıya yer var. Əsas heyət üçün mübarizə aparacağıq. İndiki anda tək düşündüyüm budur. Oynamaq istəyirəm və bunun üçün çalışıram. Gələcəkdə necə olacağını görəcəyik”.
İsmayıl komandanın hədəflərindən də söz açdı:
“Neftçi”nin hədəfi hər zaman çempionluqdur. Mövsüm başlamayıb, əvvəlcə taktiki və fiziki güclənməliyik. Əlimizdən gələni edəcəyik ki, yaxşı olsun. Bunlar birdən-birə alınmır. Vaxt lazımdır. Bir il də ola bilər, iki də. Hədəfimiz yaxşı oyun və çempionluqdur”.
Şahin Cəfərov