“Neftçi”nin futbolçusuna dəvət gəldi

“Neftçi”nin futbolçusu Kilan Lebon Sent Martin yığmasına dəvət alıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Lebon yığmanın heyətində oktyabrın 15-dək keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunlarında iştirak edəcək.