“Neftçi”nin futbolçusu Azər Əliyev klubu tərk edə bilər.
“FutbolPress“in əldə etdiyi məlumata görə, Rusiyanın bir neçə klubu 30 yaşlı müdafiəçinin xidmətində maraqlıdır.
“Ağ-qaralar”ın uğursuz transferlərindən hesab edilən Əliyev gələcəyini “Neftçi”də görmür. O, yenidən Rusiyaya qayıtmaq arzusundadır.
Əliyev 2022-ci ilin yanvarından “Neftçi”nin formasını geyinir. Müdafiəçi son mövsümdə 18 oyunda meydana çıxıb.
Azər daha əvvəl Rusiyada “Ufa”, “Tambov”, “Yenisey”, “Samara” kimi klublarda çıxış edib.