“Neftçi”nin futbolçusu mükafatlandırıldı

“Ayın qolu” layihəsi çərçivəsində may ayının qalibi olan “Neftçi”nin futbolçusu Qara Qarayevə Peşəkar Futbol Liqasında mükafatlar təqdim olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb. Ona mükafatları qurumun prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov təqdim edib.

Onun Azərbaycan Premyer Liqsasının 35-ci turunda “ASCO Arena”da “Səbail”ə vurduğu qol may ayının ən gözəl qolu seçilib.