“Neftçi”nin futbolçusu məğlubiyyətin iştirakçısı oldu

“Neftçi”nin futbolçusu Kilan Lebon Sent Martin millisində növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən yığma Şimali və Mərkəzi Amerika KONKAKAF Millətlər Liqasında Sent Lusiya ilə qarşılaşıb. Matç Sent Martinin məğlubiyyəti ilə başa çatıb – 1:2.

Lebon bu görüşdə start heyətdə yer alıb. O, 90-cı dəqiqədə Barakatla əvəzlənib.

Sent Martin millisi B qrupunda 3 turdan sonra xalsızdır və 4-cü sırada qərarlaşıb. Sent Lusiya isə 9 xalla liderdir.