“Neftçi”nin Çempionlar Liqası sınağı başlayır

“Neftçi”nin qadın futbolçulardan ibarət komandası bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.

Futbolpress.az xəbər verir ki, Siyasət Ələsgərovun rəhbərlik etdiyi kollektiv Avstriyanın “Sankt-Pölten” komandası ilə qarşılaşacaq. Gürcüstanın Sxultabo şəhərində keçiriləcək görüşə saat 18:00-da start veriləcək.

Cütün qalibi növbəti görüşdə “Vlajniya” (Albaniya) – “Lançxuti” (Gürcüstan) duelinin güclüsü ilə üz-üzə gələcək.