“Neftçi”nin yeni baş məşqçisi birmənalı şəkildə yerli olmalıdır. Mənim əsas namizədim Tərlan Əhmədovdur. İnanıram ki, komandanı bu situasiyadan çıxara bilər”.
Bu sözləri “FutbolPress“ə açıqlamasında “ağ-qaralar”ın sabiq futbolçusu Novruz Əzimov söylədi. Mütəxəssis istefaya göndərilən Roman Qriqorçukun uğursuzluğuna da toxundu:
“Qriqorçuk “Qəbələ”də yaxşı işlər görüb, amma indi əvvəlki vaxt deyil. “Neftçi”ni yerli məşqçi çalışdırmalıdır. Qriqorçuk oyunçu seçimlərində yanıldı. Ondan əlavə, komandanın oyununa baxanda hiss olunurdu ki, daxili atmosfer istənilən səviyyədə deyil. Bu da nəticələrə təsirini göstərdi. Ümid edirəm ki, bu dəfə doğru addım atılar və komanda bu vəziyyətdən çıxar”.
“Neftçi” Premyer Liqada 9 turdan sonra 5 xalla 9-cu sıradadır. Komanda hələ çempionatda qələbə qazana bilməyib.
Şahin Cəfərov