“Neftçi” Premyer Liqanın XVII turunun “Kəpəz”lə oyununa hazırlığı başa vurub.
Futbolpress.az xəbər verir ki, hazırlıq prosesində zədəlilər – Emin Mahmudov, Robert Bauer, Rafael Quzzo, Rəhman Hacıyev və Dembo Darbo iştirak etməyiblər. Bu futbolçular “Kəpəz”lə matçı buraxacaqlar.
Əvəzində, zədədən sonrakı bərpa prosesini geridə qoyan Azər Salahlı komanda ilə birlikdə məşq edib.
Sabah keçiriləcək “Neftçi” – “Kəpəz” oyunu saat 18:30-da start götürəcək.