“Neftçi”ni Rusiya klubuna dəyişdi

“Neftçi”dən ayrılan Reziuan Mirzov karyerasını Rusiyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “Ximki” ilə razılaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mirzov 2023/24 mövsümünü “Neftçi”də keçirib və 25 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.