“Neftçi”dən təklif almamışdım, Abasova uğurlar arzu edirəm”

“Neftçi”də baş məşqçi postuna Samir Abasov təyin edilib. Mütəxəssis bu gündən yeni ünvanında işə başlayacaq.

Baş məşqçi Roman Qriqorçukun göndərilməsindən sonra bu posta namizədlər arasında Arif Əsədov da göstərilirdi. Mütəxəssis “FutbolPress“ə açıqlamasında “ağ-qaralar”dan rəsmi təkli almadığını bildirdi və Abasovun təyinatı haqda fikirlərini bölüşdü:

“Neftçi”dən təklif almamışdım, Abasova uğurlar arzu edirəm.

“Rəhbərliyin təyinatı yerli məşqçidən yana etməsini alqışlayıram. Çünki neçə müddət idi, əcnəbilər gəlirdi və uğurlu ola bilmirdilər. Samir Abasov da “Neftçi”yə tanış simadır, komanda ilə uğuru olub. İnanıram ki, qısa zamanda daxildəki problemləri tapıb, düzgün istiqamətdə gedəcəklər”.

Samir Abasov “Sumqayıt”a rəhbərlik edirdi. Klub rəsmi açıqlama yayaraq, mütəxəssisin “Neftçi” ilə anlaşdığını bildirib.

Şahin Cəfərov