“Neftçi”dən Qara Qarayevlə bağlı AÇIQLAMA

“Neftçi” yarımmüdafiəçi Qara Qarayevlə yollarını ayırmayıb.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı “FutbolPress“ə açıqlamasında bildirdi:

“Qara məsələsində yenilik yoxdur. Nəsə olsa, rəsmi açıqlama veriləcək”.

Qara Qarayev bu mövsüm Premyer Liqada oyuna çıxmayıb. O, baş məşqçi Roman Qriqorçukun qərarı ilə heyətdən kənarlaşdırılıb.