“Neftçi”dən ayrılan hücumçu nə üçün Bakıda qalıb?

“Neftçi”dən ayrılan Lukas Melano hələ Bakıdadır.

Futbolpress.az xəbər verir ki, bu barədə oyunçu Argentina mətbuatına açıqlamasında deyib. O, “Formula 1” üzrə Bakı Qran-prisini izləmək üçün Bakıda qalıb və indi özünə klub axtarır.

Melano 2023-cü ilin yayından bu ilin avqustuna qədər “ağ-qaralar”ın formasını geyinib. O, Premyer Liqada 11 matçda meydana çıxıb.