“Neftçi”dən ayrılan futbolçu “Şamaxı”da

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Futbolpress.az xəbər verir ki, “şirlər” sol cinah müdafiəçisi, U-21 yığmamızın üzvü, 19 yaşlı Rüfət Abbasovu heyətinə qatıb. Abbasovla iki illik müqavilə imzalanıb.
Müdafiəçinin son klubu “Neftçi” olub.