“Neftçi”dən ayrılan futbolçu Qətər yolunda

“Neftçi”dən ayrılan Ataa Caber karyerasını Qətərdə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, bu ölkənin eyniadlı komandası (“Qətər”) yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Ysscores.com” saytı məlumat yayıb.

29 yaşlı futbolçu 2022-2024-cü illərdə “Neftçi”də forma geyinib. O, Premyer Liqada 45 oyunda 8 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.