“Neftçi”dən ayrılan futbolçu “Araz-Naxçıvan”da

Ötən mövsüm “Neftçi” İK-nın heyətində çıxış edən Ülvi Əliyev “Araz-Naxçıvan”a keçib.

Futbolpress.az xəbər verir ki, 25 yaşlı futzalçı yeni mövsümdə ölkə çempionunun uğurları üçün tər tökəcək. Artıq “qırmızı-ağlar”ın təlim-məşq toplanışına qoşulan Əliyev debütünü gələn ay keçiriləcək UEFA Çempionlar Liqasının ilkin mərhələ oyunlarında edəcək.

Onu da qeyd edək ki, futzalçı Azərbaycan millisinə məhz Vitali Borisovun rəhbərliyi dövründə dəvət olunub.