“Neftçi”dən 500 min dollarlıq təklif

“Neftçi” “Trabzonspor”un futbolçusu Murat Cem Akpınarı transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” yarımmüdafiəçi üçün Qaradəniz təmsilçisinə 500 min dollar təklif edib. Bu barədə “61saat” nəşri məlumat yayıb.

25 yaşlı futbolçu ilə Türkiyənin “Antalyaspor”, “Sakaryaspor” və “Kocaelispor” klubları da maraqlanır.

Karyerası ərzində “Trabzonspor”, “Giresunspor”, “Sakaryaspor”, “Kocaelispor”da çıxış edən futbolçu ümumilikdə 150 oyunda 14 qol vurub, 13 məhsuldar ötürmə edib.

Yarımmüdafiəçi daha əvvəl Azərbaycanın U-17 yığmasında da forma geyinib.