“Neftçi”də yeni hücumçu – rəsmi

“Neftçi” heyətini yeni hücumçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” Bassala Sambunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı hücumçu ilə razılaşmanın detalları açıqlanmayıb.

Son klubu Kiprdə “Paralimnu” olan Sambu İngiltərənin “Everton” klubunun yetirməsidir. O, bu ölkədə “Everton”, “Kryu”, “Oldhem”, Niderlandda “Fortuna”, Danimarkada “Randers”də çıxış edib.

Sambu bu mövsüm 21 oyunda 5 qol vurub.