“Neftçi”də növbəti ayrılıq

“Neftçi”də ayrılıq gerçəkləşib.

Futbolpress.az xəbər verir ki, Kilan Lebonla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2023-cü ilin yanvarında transfer olunmuş Lebon “ağ-qaralar”ın heyətində 73 rəsmi oyun keçirib, 6 qol vurub.

Daha öncə macar müdafiəçi Mark Tamaş “Neftçi”dən ayrılıb.