“Neftçi”də müsbətə doğru dəyişikliklər olacaq”

“Neftçi” Azərbaycan Premyer Liqasında 16 turdan sonra 13 xalla 8-ci sıradadır. Tarixinin ən pis dönəmini keçirən “ağ-qaralar” çempionatda son 6 oyunda 1 qələbə qazanıb, 3 dəfə uduzub.

Komandanın sabiq üzvü Hüseyn Məhəmmədov “FutbolPress“ə açıqlamasında komandanın çıxışını dəyərləndirdi:

“Neftçi”də müsbətə doğru dəyişikliklər olacaq. Məsələni görürlər və yəqin, transferlər ediləcək, futbolçularla söhbət aparılacaq. “Neftçi” flaqmandır, məsuliyyəti başa düşməyənlərlə yollar ayrılacaq. Ciddi işlər görülməlidir. Düşünürəm ki, komandanım hədəfi avrokuboklara düşməkdir, inanıram ki, bu yolda dəyişikliklər edərək, uğurlu olacaqlar”.

Mütəxəssis “ağ-qaralar”ın qış fasiləsindən sonra daha yaxşı olacağına ümid etdiyini bildirdi:

“Samir Abasovun yaxşı addımlar atacağını düşünürəm. O, elə xarakterlidir ki, ancaq qələbə fikirləşir. Yaxşı olacağına inanıram. Heyətdə dəyişikliklər olmalıdır və yəqin, qış fasiləsində bu istiqamətdə işlər görüləcək”.

Şahin Cəfərov