“Neftçi”də 14 il sonra ayrılıq

“Əslində, “Neftçi”dən gedişim haqqında nəsə yazmaq fikrim yox idi. Sadəcə, içimdə belə bir hiss yarandı: “Neftçi”yə təşəkkür borcun var. “Neftçi”m, xəyallarımı həyata keçirdiyin və məni möcüzələrə şahid etdiyin üçün SƏNƏ TƏŞƏKKÜR EDİRƏM (bu arada, “Neftçi”dən getməyimdə “əməyi olan”lara da təşəkkür 😊)!”

Bu sitat 14 il “Neftçi”də çalışmış Erkin Qiyasinin sosial şəbəkədə paylaşımından götürülüb.

Klubun Marketinq üzrə mütəxəssisi vəzifəsində çalışan Erkin bəy işdən kənarlaşmasını narazı tonda ifadə edib. Özü ilə əlaqə saxlasaq da, bu haqda əlavə heç nə demək istəmədiyini bildirdi.

Mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı isə belə dedi:

“Erkin bəy öz istəyi ilə “Neftçi”dən ayrılıb. Uzun illər klubda çalışıb. Göstərdiyi xidmətlərə görə təşəkkür edirik”.

Kamil Əhməd