“Neftçi” Azərbaycan Premyer Liqasının XXV turunda qarşılaşacağı “Kəpəz” ilə matçın hazırlığını başa vurub.
Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Hazırlıq prosesindən sonra komandanın üzvləri Tovuza yola düşüblər.
Andrey Ştoqrin zədə səbəbindən “Kəpəz”lə görüşü buraxacaq.
Qeyd edək ki, martın 5-də Tovuz şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Neftçi” oyunu saat 17:00-da başlanacaq.