Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın XV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununun 83-cü dəqiqəsində “Turan Tovuz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Turan Tovuz” klubuna xəbərdarlıq edilir (maddə 43.7);
“Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);
“Zirə” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37);
“Neftçi” – “Qarabağ” oyununda “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 52.1);
“Neftçi” – “Qarabağ” oyununda “Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Neftçi” klubu 500 manat cərimə edilir (maddə 43.7) ;
“Neftçi” – “Qarabağ” oyunu “Neftçi” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə “Neftçi” klubu 1500 manat cərimə edilir (maddə 60.4);
“Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilir (maddə 52.2);
“Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Qarabağ” klubuna xəbərdarlıq edilir (maddə 43.7);