“Neftçi” və “Araz-Naxçıvan”dan darmadağın

Futzal üzrə Azərbaycan Yüksək Liqasında XIII turun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Neftçi” “Yasamal Bakı”nı 12:3 hesabla məğlub edib.

İkinci görüşdə isə hazırkı ölkə çempionu “Araz-Naxçıvan” “Şuşa”ya şans verməyib – 10:4.

Turun ilk oyununda “Baku Fire” U-19-u 3:1 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, “Baku Fire” 32 xalla liderdir. “Araz-Naxçıvan” və “Neftçi” İK-in 31 xalı var. “Şuşa” 12 xalla dördüncü, U-19 9 xalla beşincidir. Xalı olmayan “Yasamal Bakı” sonuncu – atlıncı pillədə qərarlaşıb.