Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII turunun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, “Xilasedici” MOİK kollektivinə 3:0 hesabı ilə qalib gəlib. “Murov Az Terminal” isə “Neftçi” klubunu 3:1 hesabı ilə üstələyib.
Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.
XII turun son oyunu “Azərreyl” və “Gənclər” arasında olacaq. Qarşılaşmasının keçirilmə vaxtı ilə bağlı məlumat veriləcək.