“Neftçi” üçün yeni əməkdaş

“Neftçi” PFK Azərbaycanın daha bir tanınmış şirkəti ilə əməkdaşlığa başlayıb.

Futbolpress.az xəbər verir ki, klubumuz supermarketlər şəbəkəsində lider markalardan biri olan “Rahat” brendi ilə sponsorluq müqaviləsi imzalayıb.

“Neftçi” ilə “Rahat” arasındakı sponsorluq razılaşması 2024-2025-ci illər mövsümünü əhatə edir. Razılaşmaya əsasən “ağ-qaralar”ın oyun formalarının arxa hissəsində “Rahat” brendinin loqosu əks olunacaq.