“Neftçi” Türkiyədə ilk sınağına çıxacaq

Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün ilk yoxlama oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv “Alanyaspor”la qarşılaşacaq. Türkiyə Super Liqası təmsilçisi ilə görüşə saat 18:00-da start veriləcək.

“Neftçi” Türkiyədə daha üç oyun keçirəcək. Rəqiblərdən biri “Sivasspor” olacaq. Digərləri isə hələ açıqlanmayıb.