“Neftçi” transferi açıqlamağa hazırlaşır

Ukraynanın “Çernomerets” klubunun futbolçusu Andrey Ştorgin karyerasını “Neftçi”də davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. 25 yaşlı vingerin keçidinin yaxın zamanda rəsmi açıqlanması gözlənilir.

Ştorgin ötən mövsümdə 30 oyunda 8 qol vurub, 5 məhsuldar ötürmə edib.