“Neftçi” Super Liqa klubunu məğlub etdi

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” növbəti yoxlama oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” Türkiyə Super Liqası təmsilçisi “Sivasspor”la qarşılaşıb. Matç “Neftçi”nin qələbəsiylə başa çatıb – 2:1.

Bakı klubunun qollarını Mark Tamaş və Yeqor Beqomolski vurub.

“Neftçi” bundan öncə Super Liqanın digər komandası “Alanyaspor”u məğlub edib – 3:1.