“Neftçi” Qazaxıstan millisinin və “Tobol”un futboçusu İslam Çesnokovla maraqlanır.
Futbolpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. “Ağ-qaralar”ın 25 yaşlı hücumçu üçün sərfəli təklif etdiyi bildirilib.
Lakin Çesnokov Azərbaycana gəlmək istəmir. O, Qərb çempionatlarından birinə getməyi düşünür.
Hücumçu bu mövsüm 4 oyunda 1 məhsuldar ötürmə edib. O, Qazaxıstan millisində 11 oyunda 2 qol vurub.