Qazaxıstanın “Ordabası” klubunun futbolçusu Dembo Darbo karyerasını Azərbaycanda davam etdirməyə yaxındır.
Futbolpress.az xəbər verir ki, qambiyalı hücumçu “Neftçi” ilə razılaşıb. Bu barədə “Meta-ratings.kz” saytı məlumat yayıb. Xəbərdə forvardın icarə əsasında “ağ-qaralar”a keçəcəyi bildirilib.
“Ordabası” Dembonun icarəsindən 50 min avro qazanacaq.
Darbo karyerası ərzində Makedoniyada “Şkupi”, Belarusda “Şaxtyor”, Birləşmiş Ərəb Əmirliklərində “Əl Nəsr”də çıxış edib. Forvardın “transfermarkt”da dəyəri 500 min avrodur.