“Neftçi” Portuqaliyadan futbolçu gətirir

Yeni mövsüm üçün çempionluğu hədəfləyən “Neftçi” transfer çalışmalarını davam etdirir.

Furbolpress.az A Bola nəşrinə istinadən xəbər verir ki, paytaxt klubu portuqaliyalı yarımmüdafiəçi Rafael Quzzonu heyətinə qatıb. 29 yaşlı pleymekerlə 2 illik razılıq əldə olunub.

Buna qədər ölkəsindən kənarda İspaniyanın “Reus” və Braziliyanın “Qoyaş” klublarında top qovan Quzzo üçün Azərbaycan forma geyinəcəyi 3-cü əcnəbi ölkə olacaq.

Portuqaliyalı futbolçunun son klubu ölkəsinin “Şaveş”i olub. Burada 85 oyuna çıxan Guzzo 11 qol, 3 məhsuldar ötürmə ilə oynayıb.