“Neftçi” Azərbaycan Premyer Liqasının XXI turunda qarşılaşacağı “Şamaxı” klubu ilə matçın hazırlığını başa çatdırıb.
Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Futbolçuları – Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo son 2 matçda olduğu kimi, bu görüşdə də zədə səbəbindən iştirak etməyəcəklər.
Qeyd edək ki, yanvarın 31-i “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Şamaxı” oyunu saat 18:30-da başlanacaq.