Azərbaycan Basketbol Liqasının XIV turunun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, bu gün “Neftçu” və “Sərhədçi” üz-üzə gələcək. “Sərhədçi” İdman Mərkəzində keçiriləcək A qrupunun matçı saat 19:00-da başlayacaq.
“Neftçi” hazırda qrupda 4-cü, “Sərhədçi” isə 5-ci sıradadır. Komandaların aktivində 18 xal var.
XIV turun daha əvvəl keçirilən matçlarında “Naxçıvan” “Abşeron”u 76:70, “Quba” “Sumqayıt”ı 90:80 hesabı ilə məğlub edib.