Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XI turun oyunları keçirilib.
Futbolpress.az xəbər verir ki, oyunlardan ikisi Bakıda, biri Sumqayıtda gerçəkləşib.
Sumqayıt Olimpiya Kompleksində baş tutan oyunda “Xilasedici” “Gənclər” kollektivinə 3:0 hesabı ilə qalib gəlib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşan qarşılaşmalarda isə “Murov Az Terminal” MOİK-i, “Azərreyl” isə “Neftçi”ni 3:0 hesabı ilə üstələyib.