“Neftçi” yarımmüdafiəçi Eddi İsrafilovla yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçunun müddəti başa çatan müqaviləsi uzadılmayıb.
Qeyd edək ki, 2022-ci ilin yanvarında transfer olunmuş İsrafilov bu müddət ərzində “Neftçi”nin heyətində meydana çıxdığı 71 oyunda 7 qol vurub.