“Neftçi” legioneri ilə yollarını ayırdı

“Neftçi” futbolçusu Dieqo Valdezlə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb. Paraqvaylı yarımmüdafiəçi ilə müddəti başa çatan müqavilə uzadılmayıb.

Valdez ötən ilin yayından “Neftçi”də çıxış edirdi. O, Premyer Liqada 23 oyunda 3 qolla yadda qalıb.