“Neftçi” legioneri ilə yollarını ayırdı

“Neftçi” qapıçı İvan Brkiçlə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı qolkiperin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Qeyd edək ki, 2022-ci ilin yanvarında transfer olunmuş Brkiç bu müddət ərzində “Neftçi”nin heyətində 68 oyun keçirib.