“Neftçi” legioneri ilə vidalaşdı

“Neftçi” müdafiəçisi Mark Tamaş ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə “Nemzeti Sport” nəşri məlumat yayıb. Paytaxt klubu 31 yaşlı müdafiəçinin sözləşməsinə qarşılıqlı razılaşma əsasında xitam verib.

Tamaş 2023-cü ilin yayından “Neftçi”də çıxış edirdi. O, Premyer Liqada bu mövsüm 7 oyuna çıxıb.