“Neftçi” Kosovodan futbolçu gətirir – özü açıqladı

Albaniyanın “Ballkani” klubunun futbolçusu Edvin Kuç karyerasını Azərbaycanda davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında yeni mövsümdə “Neftçi”də çıxış edəcəyini qeyd edib. 

“Transfermarkt”da dəyəri 400 min avro olan yarımmüdafiəçi daha əvvəl Monteneqroda “Rudar”, “Deciç”, “Mladost”, Çexiyada “Usti nad Labem” kimi klublarda forma geyinib. O, bu mövsüm 49 oyunda 7 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.