“Neftçi” – “Kəpəz” oyununa doğru: “Ağ-qaralar” öndədir

“Neftçi” bu gün Premyer Liqanın XXXIV turunda “Kəpəz”i qəbul edəcək.

Komandalar arasında bu mövsüm baş tutan üç oyunda tərəflər hərəyə bir qələbə qazanıb, bir də heç-heçə edib.

“Neftçi” 2022-ci ildən Premyer Liqaya qayıdan “sarı-göylər”lə iki ildə 7 dəfə üz-üzə gəlib. Bu görüşlərin 4-də qələbə qazanan “ağ-qaralar” bir oyunda da məğlub olub. Üç görüş isə bərabərliklə başa çatıb. Qolların nisbəti 17-nin 9-adır.

“Neftçi” Premyer Liqanın gümüş medalları uğrunda mübarizə aparır. Miodraq Bojoviçin rəhbərlik etdiyi kollektiv 50 xalla 5-cidir və ikinci sıradakı “Zirə”dən iki xal geri qalır. “Qartallar” isə bu turda “Qarabağ”ı qəbul edəcək. “Zirə”nin çempionla görüşdə mümkün xal itkisi “Neftçi” üçün faydalı olacaq. Bununçünsə “Kəpəz”i məğlub etmək mütləqdir.

“Neftçi” bu gün xal itirsə, gümüş medal mübarizəsində geri düşəcək”Sumqayıt”, “Sabah” və “Zirə”nin bu turdakı qələbəsi “ağ-qaralar”la fərqin böyüməsinə səbəb ola bilər.

Kamil Əhməd