“Neftçi” – “Kəpəz” matçının biletləri satışa çıxarılıb.
Futbolpress.az xəbər verir ki, qiyməti 3, 5, 10, 20 və 30 AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:
“Neftçi Arena”nın kassalarında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.
Fevralın 28-də keçiriləcək matça saat 19:30-da start veriləcək. Komandalar arasındakı ilk oyunda “ağ-qaralar” 2:0 hesabıyla qalib gəlib.