“Neftçi” hücumçu transferini açıqladı

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “ağ qaralar” qambiyalı hücumçu Dembo Darbonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Forvardla 2 illik müqavilə imzalanıb.

Darbonun son klubu Qazaxıstanda “Ordabası” olub.