“Neftçi”də baş məşqçi postuna Roman Qriqorçuk təyin edilib. Mütəxəssis artıq bir neçə gündür, komanda ilə hazırlıqlara başlayıb.
“Ağ-qaralar”ın sabiq məşqçisi Etibar Tarıverdiyev “FutbolPress“ə açıqlamasında ukraynalı məşqçinin təyinatı haqda danışdı:
“Mən yerli məşqçi tərəfdarı idim. Qriqorçukun təyinatı yaxşıdır. O, bizim çempionatı tanıyır, əvvəl də işləyib, uğur qazanıb. Sözünü demiş məşqçilərdəndir. Bu da “Neftçi” rəhbərliyinin seçimidir. Uğurlu olub-olmayacağını zaman göstərəcək. “Neftçi”də işləmək çətindir. Burada daha yüksək nəticələr, yaxşı oyun tələb edilir. Bu, azarkeşlərin və ictimaiyyətin tələbidir. Zaman nə qədər uğurlu olacağını göstərəcək. “Neftçi” həmişə yüksək yerlər üçün oynamalıdır. Potensialları var. Rəhbərliyin qarşılarına hansı hədəfi qoyduğunu bilmirəm. İnşallah, xeyirlisi olar”.
Qriqorçuk “Neftçi” ilə 2+1 illik müqavilə imzalayıb.
Şahin Cəfərov